inCore MMC – biznes proseslərin təhlili və avtomatlaşdırılması sahəsində ixtisaslaşmış bir şirkətdir. Biz müştərilərimizin iş fəaliyyətini daha effektiv və səmərəli hala gətirmək üçün innovativ texnologiyalar və fərdi həllər təklif edirik. Biznes proseslərinin təhlili əsasında şirkətlərə ən uyğun avtomatlaşdırma həlləri təqdim edərək, əməliyyatların sürətlənməsini, xərclərin optimallaşdırılmasını və ümumi məhsuldarlığın artırılmasını təmin edirik. Müxtəlif sektorlar üzrə təcrübəmiz və dərin analitik yanaşmamızla, biz müəssisələrə rəqəmsal transformasiya yolunda davamlı dəstək göstəririk. Bizim missiyamız – müştərilərimizin iş axınlarını daha asan idarə olunması və inkişaf etdirilməsi üçün qabaqcıl texnologiyaların imkanlarından istifadə edərək, yüksək keyfiyyətli həllər təqdim etməkdir.
inCore MMC ilə əməkdaşlıq edərək, biznesinizin rəqəmsal
gələcəyini formalaşdırın!
Biznes proseslərinin dərin araşdırılması, inzibati və əməliyyat fəaliyyətinin real vəziyyətinin analiz edilməsi, iş axınlarının xəritələndirilməsi və optimallaşdırma potensialının müəyyən edilməsi mərhələsidir.
Biznesin, funksional və qeyri-funksional tələblərinin toplanması, analiz edilməsi və sənədləşdirilməsi.
Sistem komponentlərinin strukturu, qarşılıqlı əlaqə modeli və istifadə ediləcək texnologiyaların müəyyən edilməsi.
İstifadəçi ssenarilərinin hazırlanması (UX) və interfeysin vizual tərtibatının (UI) həyata keçirilməsi. Wireframe, maket və prototiplərin hazırlanması.
Sistemin texniki quruluşu, modullar, API-lər, məlumat bazası modeli və funksional mexanizmlərin sənədləşdirilməsi. İnkişafı üçün əsas istinad sənədlərinin hazırlanması.
Texniki tapşırığa uyğun olaraq Backend və frontend üzrə proqram təminatının yazılması, modulların hazırlanması və inteqrasiyaların qurulması.
Hazırlanmış proqram hissələrinin texniki tələblərə uyğunluğunun yoxlanılması. Funksional, inteqrasiya, təhlükəsizlik və performans testlərinin aparılması.
Proqram təminatının biznes tələblərinə uyğunluğunun real istifadəçilər tərəfindən yoxlanılması və istifadəçi təlimlərinin keçirilməsi.
Sistemin istehsalat mühitinə miqrasiyası, server və verilənlər bazalarının konfiqurasiya olunması nəticə etibarı ilə sistemin faktiki istifadəyə təqdim olunması.
İstifadəyə verilmiş sistemin əməkdaşlarımız tərəfindən gündəlik monitorinqi və baş vermiş hər hansı uyğunsuzluqların aradan qaldırılması.
Tam qüsursuz şəkildə fəaliyyət göstərən sistemin sifarişçiyə təhvil verilməsi.
Təhvil verilmiş sistemin istismarı zamanı yaranan problemlərin aradan qaldırılması, sistemin optimallaşdırılması və yeniləmə/təkmilləşdirmə işlərinin aparılması.
dəyişdirən tətbiqlər yaratmağa hazırsınız?